Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şirvanda anası ölən gənc xəstəxananın - Pəncərələrini sındırdı

  • 2021.07.26 14:49
  • 1077 Baxış
 Şirvanda anası ölən gənc xəstəxananın   - Pəncərələrini sındırdı


Şirvan xəstəxanasında insident baş verib.

Medicina.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və anası xəstəxanada dünyasını dəyişib.

Sonra M. Zeynalov xəstəyə həkimlər vaxtında müdaxilə etmədiyi üçün xəstəxananın qapı və pəncərələrin şüşəsini sındırıb.

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)