Sistem qoşmaq koronavirus xəstəsinə faydalıdırmı?- Həkimdən AÇIQLAMA

  • 2020.12.09 15:14
  • 9313 Baxış
Sistem qoşmaq koronavirus xəstəsinə faydalıdırmı? - Həkimdən AÇIQLAMA

Həkimlərin bəzisi sistem qoşmağı məsləhət görür, bəziləri isə deyir lazım deyil. Amma evlərdə koronavirus xəstələrinin birinci müalicə üsulu elə sistemdir. Apteklrədə isə Ringer və Natri xlor infuziya məhlulu qalmayıb.


Medicina.az xəbər verir ki, anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, sistem faydalı olsa da, bilmək lazımdır ki, artıq su çox böyük problem yarada bilər.

"Əvvəlcə onu deyim ki, kişilərin bədəninin 60%-i, qadınların isə 50%-i sudan ibarətdir. Su həm həlledicidir, qida və oksigen onda həll olunub hüceyrələrə daşınır, maddələr mübadiləsinin son məhsulları da onun vasitəsilə bədəndən uzaqlaşdırılır. Su həm də kimyəvi reaksiyaların düzgün surətdə getməsi üçün lazım olan bədən temperaturunun normal qalması üçün lazımi miqdarda olmalıdır. Sizdə su az olarsa, qızdırmanı sala bilməzsiniz. Odur ki, susuz xəstəyə sistem qoşulanda o sanki dirilir, yaxşılaşır, buna görə xalqımız sistemi çox sevir.


Ürək artmış qan həcmini dövr etdirməkdə çətinlik çəkər və ağciyərlərə maye yığışar, onsuz da iltihabi ağciyərlər ödemə düşməyə bəhanə axtarır. Xəstəyə maye qoşulduqda iki strategiya var. Liberal (gen, bol) və restriktiv (ən minimal).

Koronavirus xəstələrində restriktiv strategiya daha əhəmiyyətlidir. Ağciyər yüklənməsin deyə gündəlik fizioloji tələbatı xəstəyə vermək kifayətdir. Yəni insan 70 kq-dırsa, ona 2100 ml maye lazımdır. Əgər bu mayeni gün ərzində içə bilmirsə, yemək yeyə bilmirsə, iştah yoxdursa, ya da ürəkbulanma, qusma varsa, maye sistemlər şəklində evdə qoşula bilər.

İnfuziyanın öz ağırlaşmaları var:

1. Hava emboliyası

2. Ekstravazasiya- dərialtı getməsi

3. Flebit- sistem gedən damarın iltihablaşması

4. Allergik reaksiyalar

5. İnfeksiya

Əgər xəstə su içə bilirsə, adi limonlu su ən yaxşı seçimdir. Kofeinli içkilər, meyvə şirələri, enerji içkiləri məsləhət deyil”, - həkim əlavə edib.