Sistitin təbii müalicəsi

  • 2023.05.25 16:10
  • 2823 Baxış
Sistitin təbii müalicəsi
Sistit, əsasən, sidik kisəsinin selikli qişası, nadir hallarda -submukozal və əzələ qatına təsir edən iltihabi prosesdir.


“Medicina” xəbər verir ki, adətən xəstəliyə mikroorqanizmlər (bakterial sistit) səbəb olur, lakin patogen mikrofloranın (allergik, zəhərli) iştirakı olmadan da inkişaf edə bilər.

Qadınlar sistitə daha çox meyllidir. Bu vəziyyət qadın orqanının anatomik xüsusiyyətləri ilə bağlıdır, qısa və geniş uretra, mikroorqanizmlərin təbii yığılma ocaqlarının (anus, vagina) yaxınlığında yerləşməsi.

Sistit aşkarlanma tezliyinə görə ikinci yerdə uşaqlardadır. Qızlarda daha çox vaginal disbakterioz, oğlanlarda fimoz ilə təhrik edilir. Bəzən hər iki cinsdən olan uşaqlarda təsadüfi infeksiyaya görə epizodik olaraq inkişaf edir.

Kişilərdə sistit olduqca nadir hallarda, əsasən xroniki prostatitin kəskinləşməsi ilə eyni vaxtda diaqnoz qoyulur.
Sistitin təbii müalicəsi mümkündür.

Rusiyalı mütəxəssis Anastasiya Şaqarovanın sözlərinə görə, təbii müalicə 3 formadadır.

1 – Gündə 1.5,2 isti su için

2 – Yesentuki 17 – mineral içkisi

3 – Xren (qıtıqotu) bitkisindən 1 xörək qaşığı götürüb, 1 lt suya əlavə edib dəmləmək. Gün ərzində 3 dəfə içmək.

Günay Quliyeva