Şizofreniyaya qarşı dərmanın icadına az qalıb – ALİMLƏR

  • 2020.01.21 16:13
  • 2561 Baxış
Şizofreniyaya qarşı dərmanın icadına az qalıb –  ALİMLƏR


Dünyanın ən ağır xəstəliklərindən olan şizofreniyadan yeni dərmanın tətbiqinə bir addım qalıb.
Alimlər xəstəliyin bioloji əsasını anlamağa başlayıb.

Medicina.az xəbər verir ki, Kardiff tibb universitetinin alimləri 3444 şizofreniya üzvü olan ailənin genetik məlumatlarını incələyiblər.

Bu dəfə alimlər təkcə şizofreniya riski yüksək olan mutasiya genlərə yox, autizm və digər neyrodegenerativ xəstəlikləri yaradan mutasiyalarla da maraqlanıblar.

Tədqiqatçılar ailədə ilk dəfə valideynlərə toxunan yeni genlər aşkarlayıblar.
Bu genlərdən biri olan SLC6A1 daha yüksək mutasiya qabiliyyətinə malikdir.

Bu gen mərkəzi sinir sistemində neyronlar arası impulsun ötürülməsini və GABA amin yağ turşusunun funksiyasını pozur.

Bu onu bir daha təsdiq edir ki, şizofreniyada genetik risk GABA funksiyasının pozulması ilə bağlıdır.

Bu araşdırma xəstəliyin bioloji səbəblərini açmağa kömək edir, bu da zamanla daha təsirli yeni dərman və mülaicə metodların yaranmasına təkan verəcək.