Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şizofrenlərin adı pisə çıxıb, ailəsini qətlə yetirənlər narkomanlar olur - Həkim psixiatr

  • 2024.02.15 14:57
  • 2605 Baxış
Şizofrenlərin adı pisə çıxıb, ailəsini qətlə yetirənlər narkomanlar olur   - Həkim psixiatr


Ailəsini qətliam edən Əhmədə müxtəlif diaqnozlar qoyulur: biri deyir, başı travma alıb, qohumları deyir, sakit adam idi, qınamayın, kimi psix, kimi şizofreniya, kimi isə manyak deyir. Hələ ki, ortada rəsmi tibbi ekspertiza rəyi yoxdur.


Bakupost.az -a açıqlamasında psixiatr həkim, 30 illik təcrübəyə malik Abdulla Şıxlinski manyak, psix və şizofreniya diaqnozlarının tamam fərqli olduğunu bildirib.


Həkim cəmiyyətdə ruhi xəstələr barədə yanlış fikirlərin çox olduğunu deyir.


“Statistika və faktlar göstərir ki, cinayətlərin çoxunu ruhi xəstələr törətmir. Qətlləri elə sağlam adamlar edir. Cinayətlərin arasında fərq var. Silsilə cinayətkar ona deyilir ki, qatil müxtəlif vaxtlarda seriya şəklində fərqli-fərqli adamları öldürür. El arasında buna “manyak” deyilir. Birinci şərt budur ki, 3-dən çox insanı ayrı-ayrı vaxtlarda öldürsün. Qətllərin dəsti-xətti ssenarisi eyni olmalıdır. Məsələn, silsilə cinayətkar var, uşaqları öldürür, eləsi var qadınları zorlayır, sonra öldürür. Eləsi var ancaq boğur, eləsi var ancaq bıçaqla.

Ailəsini qətl edən oğlan silsilə cinayətkar, “manyak” deyil.

Adətən belə qətlləri aşağıdakı psixi problemləri olanlar edir:

1-Epilepsiyalı xəstələr
2-Narkomanlar
3-Əvvəllər baş –beyin zədəsi almış psixi xəstələr, hansı ki, beynin üzvi problemi olanlar
4-Psixopatlar – xarakterin patoloji dəyişiklər

5-Şizofreniya və bipolyar pozuntusu olan xəstələr ən sonuncu yerdə gəlir.

Çox zaman insanlar şizofreniklərdən qorxur, amma onlar daha az təhlükəlidir.

Psixopatlar kiminləsə ədavəti olanda, sanki bir adamın əlindən yığır-yığır, birdən impulsiv olaraq cinayət edir.

Baltanı götürür, beynində ancaq o fikir olur ki, o adamları cəzalandırsın, durur gedir o evə, sakit halda oturur, çay içir və birdən durub balta ilə orda olanları öldürüb çıxıb gedir.

Dünyada belə qətllər çox olub, Azərbaycanda olması adi haldır.

Azərbaycanda yayılan patı və digər narkotik vasitələr beyini elə hala salır ki, oğul ailə üzvünü pula görə öldürür. Narkoman pul istəyəndə və ailədə konflikti olanda hər kəsi öldürə bilər. Mənə elə gəlir bu uşaq da narkoman olub: yeni sintetik patı-şüşə, kokos, metamfetamin və s. istifadə edib.

Bu mənim fikrimdir, yenə də qatilin tibbi eskpertizası bunu müəyyən etməlidir. Bu hadisə narkomanın dəsti-xəttidir.


Bu cinayətin motivini araşdırmaq lazımdır. İnsan var ki, sağlamdır, cinayət üçün planlar qurur, öz məqsədini yerinə yetirmək üçün düşünür, planlayır. Hər adam öldürənə, hətta xüsusi amansızlıqla cinayət edənlərə xəstə damğası vurmaq olmaz. Bilərəkdən, qəsdən, planlı adam öldürmək ruhi, psixi xəstənin işi deyil”.

Aygün Musayeva