21 yaşlı Laken Snellinqin şübhəli davranışı barədə polis xəbərdar olunandan sonra qızın yaşadığı yerdə axtarış aparılıb.
“Medicina” xəbər verir ki, Kentukki Universitetinin (ABŞ) gözəllik müsabiqələrində bir neçə tac qazanan tələbəsi şokedici hərəkəti ilə hər kəsi təəccübləndirib.
Layken hamilə olduqdan sonra usağı dünyaya gətirmək istəməyib, lakin abort üçün heç bir klinika onu qəbul ertməyib. O, uşağı dünyaya gətirdikdən sonra onu şkafda cır-cındır, dəsmal və təmizlik məhsulları olan zibil torbasında gizlədib. Polis yeni doğulan körpənin ölüm səbəbini araşdırır.
Tələbə uşağın ölü doğulduğunu desə də, meyitdən sui-istifadə etmək, maddi sübutları saxtalaşdırmaq və körpənin doğulması faktını gizlətməkdə ittiham olunur.
Aygün M