Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Soda bu autoimmun xəstəliyin dərmanıdır?- Alimlər

  • 2025.06.14 19:41
  • 190 Baxış
Soda bu autoimmun xəstəliyin dərmanıdır? - Alimlər

Corciya Tibb Kollecinin bir qrup alimi həll olunan sodanın sağlamlığa təsir qabiliyyətini diqqətlə öyrənib. Alimlər aşkar ediblər ki, soda insanları Autoimmun xəstəliklərin inkişafından qoruya bilir.



"Medicina" xəbər verir ki, tədqiqatçılar suda həll edilmiş soda içməyin revmatoid artrit və lupus riskini azaltmağa kömək etdiyini bildirib.


Təcrübələrdə insanlara və siçovullara həll olunmuş soda verdilər.

Məlum olub ki, iki həftə ərzində soda məhlulu içmək makrofaqların immun hüceyrələrinin fəaliyyətinin dəyişməsinə gətirib çıxarıb ki, bu da iltihab prosesini azaldır.


Revmatoid artrit oynaqların iltihabi xəstəliyidir, onların deformasiyasına və funksiyasının pozulmasına gətirib çıxarır, insanın həyat keyfiyyətini pisləşdirir, əlilliyə və vaxtından əvvəl ölümə səbəb olur. Xəstəliyin dəqiq səbəbi sirr olaraq qalır.

Məlumdur ki, romatoid artrit də daxil olmaqla otoimmün xəstəliklərdə immunitet sistemi sağlam toxumaları yad agent kimi qəbul edir və öz bədəni ilə mübarizə aparmağa başlayır.

Bundan əlavə, soda aritmiya, zəhərlənmə zamanı müsbət təsir göstərir və tərəvəz və meyvələrin su və soda məhlulunda yuyulması meyvələri pestisidlərdən mükəmməl təmizləyir.


Aygün Musayeva