Soğan sevənlərə şad xəbər: Genləriniz...

  • 2026.07.10 15:30
  • 135 Baxış
Soğan sevənlərə şad xəbər: Genləriniz...

İnsanların soğanı sevməsi təkcə dad zövqü ilə bağlı deyil, genetik xüsusiyyətlərlə də əlaqəli ola bilər.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Bildirilib ki, alimlər 160 mindən çox insanın məlumatlarını araşdıraraq qida seçimləri ilə genlər arasındakı əlaqəni öyrəniblər. Nəticədə soğan, sarımsaq və bəzi digər qidalara üstünlük vermənin müəyyən genlərlə bağlı olduğu müəyyən edilib.

Araşdırmada soğan dadını və qoxusunu sevməklə OR2T6 geni arasında əlaqə aşkarlanıb. Həmin genetik xüsusiyyətə sahib insanlarda 2-ci tip diabet və yüksək təzyiq riskinin daha aşağı ola biləcəyi müşahidə edilib.

Mütəxəssislər bildirirlər ki, bu, soğanın xəstəliklərin qarşısını aldığı anlamına gəlmir. Sadəcə, genlər, qida seçimi və sağlamlıq arasında maraqlı bir əlaqənin olduğunu göstərir. Bunun təsdiqi üçün əlavə araşdırmalar da lazımdır.

Xanım,
Medicina.az