Hipertenziya xəstələri qida rasionuna soğan və kakao əlavə etməlidir.
“Medicina” xəbər verir ki, ürək-damar xəstəlikləri üzrə mütəxəssis, professor Kristian Heys bu barədə deyib.
Soğan, üzüm, çay və kakaonun müntəzəm istifadəsi qan təzyiqini aşağı salmağa kömək edir.
Mütəxəssis bildirib ki, "acı", tünd bitkilərdən içkilər, soğan, üzüm, alma və bəzi giləmeyvələrdə yüksək miqdarda flavonoidlər var.
Bu bioloji aktiv maddələr qan damarlarının vəziyyətinə faydalı təsir göstərir. Flavonoidlər antiinflamatuar və antioksidant xüsusiyyətlərə malikdir, endotelin funksiyasını yaxşılaşdırır, nəticədə qan təzyiqini normallaşdırır.
"Tədqiqatlar göstərdi ki, gündəlik iki-üç stəkan kakao və ya bir neçə alma qəbul edən insanlarda qan təzyiqi bəzi dərmanların təsiri ilə müqayisə oluna biləcək dərəcədə azalıb. Eyni zamanda, dərmanlardan fərqli olaraq, flavonoidləri olan məhsulların heç bir yan təsiri yoxdur”.
Professorun sözlərinə görə, müsbət təsir təkcə yüksək qan təzyiqi olan xəstələrdə deyil, digər sağlam və ya qeyri-sağlam insanalarda da görülüb.
Bununla belə, Heiss vurğuladı ki, flavonoidlər dərmanlara əvəzedici deyil.
Aygün Musayeva