Şokoladlı vafli, peçenye, konfetlərdə koronavirus - Aşkarlandı

  • 15 Noy 2021 14:41
  • 462 Baxış
 Şokoladlı vafli, peçenye, konfetlərdə koronavirus  - Aşkarlandı

Çində Rusiyadan gətirilən məhsullarda koronavirus nümunələri tapılıb.

Virus Rusiya ilə həmsərhəd Xeyxe şəhərinin anbarında üzə çıxarılıb.

Şəhərin xəstəliklərə nəzarət və profilaktika mərkəzindən verilən məlumata görə, COVID anbarda saxlanılan Rusiya mənşəli məhsulların bağlamalarında aşkar edilib.

Virusa “Konti” şirkətinin istehsalı olan şokoladlı vafli, peçenye, jeleli konfetlər və quru süd məhsullarında rast gəlindiyi dəqiqləşdirilib.