Son dörd həftədə ölümlər artıb - ÜST

  • 2021.04.14 09:14
  • 1803 Baxış
Son dörd həftədə ölümlər artıb -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.

Medicina.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilir.

“Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, - deyə Qebreyesus bildirib.

O, vaksinasiyanın COVID-19 virusu ilə mübarizədə yeganə yol olmadığını söyləyib.

ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riyaət etməyə çağırıb.