Son sutka ərzində 6 348 nəfər koronavirusdan vəfat etdi - ÜST

  • 2020.12.06 10:16
  • 1062 Baxış
Son sutka ərzində 6 348 nəfər koronavirusdan vəfat etdi -  ÜST
Dünyada COVID-19-a yoluxanların sayı 65 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.


Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 65 007 974 təşkil edir, 1 507 018 insan koronavirusdan həyatını itirib.

COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 403 mindən çox olub, 6 348 insan həyatını itirib.