Bu gün Azərbaycanda 365 nəfərə vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələdə isə bu rəqəm 3 nəfər təşkil edib.
Bu günə qədər Azərbaycanda ümumilikdə 1 423 660 ədəd vaksin vurulub.
Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 939 460 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 484 200 olub.