Son sutkada 1 075 erməni koronaya yoluxdu

  • 2021.04.14 11:20
  • 1031 Baxış
Son sutkada 1 075 erməni koronaya yoluxdu
Ermənistanda son sutkada koronavirusa 1 075 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 204 053-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 19 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 794 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 184 243-ə çatıb. Hazırda 16 134 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.