Son sutkada 12 mindən çox insan vaksinasiya olundu - FOTO

  • 2021.04.18 19:55
  • 1604 Baxış
Son sutkada 12 mindən çox insan vaksinasiya olundu -  FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 327 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 860, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 467 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 337 361, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889 216, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448 145 təşkil edir.