Son sutkada 51 minə yaxın vaksin vurulub

  • 2021.07.13 16:56
  • 1040 Baxış
Son sutkada 51 minə yaxın vaksin vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 664 747 təşkil edir.