Son sutkada 55 mindən çox şəxs vaksin vurdurdu

  • 2021.07.24 20:43
  • 1110 Baxış
Son sutkada 55 mindən çox şəxs vaksin vurdurdu
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 286 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 785, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 501 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 634 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 882 972 təşkil edir.