Son sutkada 620 mindən çox insan COVID-19-a yoluxub ÜST

  • 2020.11.21 09:06
  • 1138 Baxış
Son sutkada 620 mindən çox insan COVID-19-a yoluxub  ÜST

Dünyada son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 620 mindən artıq olub.

Gazeta.ru bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.

ÜST-ün məlumatlarına əsasən, son 24 saatda dünyada 620 744 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 10 516 olub.

Yoluxma sayı üzrə lider region Avropa (279 151) və Amerika qitəsi (235 279) olub.