Son sutkada 70 nəfər yoluxub

  • 2022.09.19 17:00
  • 312 Baxış
Son sutkada 70 nəfər yoluxub

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


"Medicina" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 8 19 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.


Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.