Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son sutkada koronavirusa 492 mindən çox yoluxma qeydə alındı

  • 2021.03.14 00:11
  • 1346 Baxış
Son sutkada koronavirusa 492 mindən çox yoluxma qeydə alındı

Dünyada son sutka ərzində 492 351 nəfər koronavirusa yoluxub, 9 689 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 118 754 336 yoluxma hadisəsi, 2 634 370 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (204 889) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (188 005) ilə Cənub-Şərqi Asiya (51 286) bölüşür.