Son sutkada vaksinasiya olunanların SAYI

  • 2021.05.02 19:37
  • 1536 Baxış
Son sutkada vaksinasiya olunanların  SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 717 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 685, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 032 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 516 923, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 208, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 715 təşkil edir.