Son sutkanın COVID-19 statistikası: 35 ölü

  • 2021.04.09 16:38
  • 1933 Baxış
Son sutkanın COVID-19 statistikası:  35 ölü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2206 yeni yoluxma faktı qeydə alınıb, 1578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb.