Şorba yeyənlərin mədəsində xora olur?

  • 2026.06.25 17:33
  • 98 Baxış
Şorba yeyənlərin mədəsində xora olur?


Sovet dönəmindən qalan mifə görə, ancaq quru qidalanmaq, mütəmadi olaraq şorba yeməmək mədədə xora, yara əmələ gətirmir.

Medicina.az xəbər verir ki, tanınmış həkim Myasnikova görə, mədə xorası insanın şorbanı nə qədər müntəzəm yeməsindən asılı olmayaraq inkişaf edir.

Həkim bildirib ki, mədə xorası Helicobacter pylori tərəfindən törədilən yoluxucu bir xəstəlikdir, ona görə də şorba yeyib-yeməməyinizin əhəmiyyəti yoxdur.

Myasnikov əlavə edib: şorba sağlam bir yeməkdir. Onu yemək həzm sisteminin daha ağır qidaların həzminə hazırlaşmasına kömək edir. Yeməkdən əvvəl ilıq su içmək də həzmə oxşar təsir göstərir.

Şorbanı sevməyən və qatı yeməklərə üstünlük verənlər üçün həkim yeməkdən əvvəl su içməyi məsləhət gördü.

Aygün Musayeva