Şorbanıza 1 qaşıq əlavə edin, qışı sağlam keçirin

  • 2025.12.30 07:05
  • 69 Baxış
Şorbanıza 1 qaşıq əlavə edin,  qışı sağlam keçirin

Soyuq hava ilə artan qrip, soyuqdəymə və virus infeksiyalarından qorunmağın yolu immunitet sisteminizi gücləndirməkdir.

Medicina.az xəbər verir ki, qış ayları havaların soyuması ilə öz varlığını hiss etdirir.

Qapalı məkanda keçirilən vaxt, artan virus infeksiyaları və azalmış immunitet xəstəliklərə səbəb olur.

Xəstələnmək istəməyənlər əvvəlcədən özlərini qorumaq üçün pəhrizlərinə diqqət yetirirlər.



Boğaz ağrısı, yorğunluq və soyuqdəymə şikayətləri artsa da, bir çox insan apteklərdə deyil, mətbəxlərində həll yolu axtarır.

İsti şorbalara tez-tez üstünlük verilsə də, onlara əlavə edilən bu qarışım immunitet sistemini qalxan kimi qoruyur.

Şorbaya əlavə edilən bir qaşıq limon və sarımsaq qarışığı həm C vitamini ilə zənginləşdirir, həm də təbii antibiotik təsiri ilə bədəni xəstəliklərdən qorumağa kömək edir.

Həm ləzzətli, həm də faydalı olan bu qarışım xəstəliklərə qarşı qalxan rolunu oynayır.



Aygün
Medicina.az