SPIDƏ yoluxmuş Afrikalı qadının bədənində kovidin yeni mutasiyası yarandı

  • 2022.02.01 14:10
  • 1777 Baxış
SPIDƏ yoluxmuş Afrikalı qadının bədənində  kovidin yeni mutasiyası yarandı
Cənubi Afrikada QİÇS xəstəsi qadın 9 ay əvvəl koronavirusa yoluxsa da, virus onun orqanizmdə uzun müddət qalmış, immuniteti zəif olduğu üçün bədənində 21 mutasiyalı yeni varianta çevrilib.

Medicina.az xəbər verir ki, alimlər bunun beta ştamm olduğunu qeyd edib. Qadın anadangəlmə QİÇS xəstəsi olub, uzun illər müalicə almayıb.

22 yaşlı qadın QİÇS olduğu halda 9 ay əvvəl kovidin beta variantı ilə yoluxub, koviddən də müalicə almayıb. Virus orqanizmdə qalaraq, 20 əlavə mutasiyaya uğrayıb.

Onun kovid testi 2021-ci ilin yanvarında müsbət çıxmışdı. Sentyabrda isə xəstəxanaya qaldırılıb, orda da testi müsbət çıxıb. Tədqiqatlar göstərib ki, bu təkrar yoluxma yox, 9 aydır davam edən uzunmüddətli infeksiyadır.

Qadın müalicə olunub, 6 həftə ərzində koviuddən tam sağalıb, testi neqativ çıxıb. Lakin qadının həmin mutasiyanı artıq digər insanlara ötürməsi istisna edilmir.


Alimlər bildirir ki, bu hal ağır immunsupressiya xəstələlərinin kovidə yoluxmasının təhlükəli olduğunu və mutasiyaya yaratdığını bir daha sübut edir. Belə olan halda kovidin xronik infen