Hər birimiz vaxtaşırı da olsa, stress yaşayırıq. Səhər tıxacında qalmaq, işdə sıx qrafik, ailə qayğıları, imtahanlar və ya maliyyə problemləri... Bunların hamısı həyatın bir hissəsidir.
Medicina.az xəbər verir ki, çoxumuz bir şeyi unuduruq: problem stresin özü deyil, orqanizmin ona necə reaksiya verməsidir.
Məşhur endokrinoloq Hans Selye deyirdi:
"Bizi məhv edən stress deyil, orqanizmin stresə verdiyi cavab reaksiyasıdır."
Bu fikir bu gün də öz aktuallığını qoruyur.
Stress zamanı bədənimizdə nə baş verir?
Stress hiss etdiyimiz anda beynimiz təhlükə siqnalı qəbul edir. Nəticədə sinir sistemi aktivləşir, böyrəküstü vəzilər stress hormonları ifraz etməyə başlayır.
Stress zamanı ürəyimiz daha sürətli döyünür, nəfəsimiz tezləşir, əzələlərimiz gərginləşir və bütün diqqətimiz təhlükəyə yönəlir. Orqanizm sanki bizi təhlükədən qorumaq üçün hərəkətə keçmiş olur.
Qısa müddət üçün bu reaksiya normaldır. Çünki orqanizm bizi təhlükədən qorumağa çalışır.
Lakin stress həftələrlə, hətta aylarla davam etdikdə vəziyyət dəyişir.
Davamlı stress özünü necə göstərir?
Bir çox insan bunu xəstəlik kimi qəbul etmir. Halbuki davamlı stress aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
gecə rahat yata bilməmək;
tez-tez oyanmaq;
səbəbsiz narahatlıq;
əsəbilik;
diqqətin azalması;
tez yorulmaq;
gün ərzində özünü enerjisiz hiss etmək.
Bu əlamətlər həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.
Stresi tam aradan qaldırmaq mümkündürmü?
Xeyr. Stress həyatın təbii hissəsidir və ondan tam qaçmaq mümkün deyil.
Əsas məqsəd orqanizmin stresə verdiyi cavab reaksiyasını normallaşdırmaqdır.
Bunun üçün mütəxəssislər tövsiyə edirlər:
• hər gün eyni saatda yatmağa çalışın;
• fiziki aktiv olun;
• telefon və kompüterdən istifadəni yatmazdan əvvəl azaldın;
• nəfəs və relaksasiya məşqləri edin;
• kofein qəbulunu axşam saatlarında məhdudlaşdırın.
Bəzən isə bu tədbirlər kifayət etmir.
Neurexan nə vaxt faydalı ola bilər?
Stress və əsəbi gərginlik fonunda yaranan yuxu problemləri zamanı Neurexan preparatından istifadə tövsiyyə olunur. Neurexan sinir sisteminin stressə verdiyi cavabın balanslaşdırılmasına kömək etmək, əsəbi gərginliyi azaltmaq və daha rahat yuxuya keçidi dəstəkləmək məqsədilə istifadə olunan təbii tərkibli preparatdır. O, asılılıq yaratmır və dilaltı qəbul edilir.
Daxili balans hər şeydən önəmlidir
Stresdən qaça bilmərik. Amma ona verdiyimiz reaksiyanı idarə etməyi öyrənə bilərik.
Bəzən kiçik dəyişikliklər – daha yaxşı yuxu, sağlam həyat tərzi və lazım gəldikdə düzgün seçilmiş dəstək – həm ruh halını, həm də həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Unutmayın: sakitlik problemlərin olmaması deyil, onlara düzgün cavab verə bilməkdir.
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89
Aygün
Medicina.az