Su basmış ərazilərdən 278 nəfər təxliyə edildi - VİDEO

  • 2026.03.29 19:10
  • 125 Baxış
Su basmış ərazilərdən 278 nəfər təxliyə edildi -  VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Nazirliyin mətbuat xidmətindən Medicina.az -a bildiriblər ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 278 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.