Prostat xərçəngi olan evli kişilərin bu xəstəlikdən ölmə ehtimalı subay kişilərə nisbətən 40% azdır.
“Medicina” xəbər verir ki, ailə vəziyyətinin insanın sağlamlığına təsir edib-etməməsi ilə bağlı mübahisələr uzun müddətdir davam edir.
Elm snikahın həm kişilər, həm də qadınlar üçün faydalı olduğuna inanmağa çox meyllidir. Amerikalı tədqiqatçılar, kişilərin ən çox yayılmış onkoloji xəstəliyi olan prostat xərçəngi ilə qarşılaşmış xəstələrə həyat yoldaşının kömək edib-etmədiyini öyrənmək qərarına gəliblər.
Fərziyyəni yoxlamaq üçün 1988-2003-cü illər arasında demək olar ki, 116 min kişi tədqiq edilmişdir.
Onların əhəmiyyətli bir hissəsinə bu dövrdə prostat xərçəngi diaqnozu qoyulub və burada arvadın olması və ya olmaması halların statistikasına təsir göstərməmişdir.
Lakin elm adamları xəstələrin sağ qalması ilə bağlı məlumatları ailə vəziyyətləri ilə birləşdirdikdə məlum oldu ki, evli kişilər subay kişilərə nisbətən daha az ölürlər.
Mütəxəssislər bunun bir neçə amillə bağlı ola biləcəyini düşünürlər. Birincisi, arvadlar ərlərini daha tez həkimə aparırlar, onların çox uzun müddət tək qalmasına imkan vermirlər. İkincisi, subay kişilər tez-tez boşanma və ya digər yarısının ölümü (yaxud öz tənhalığı və ailəsinin olmaması) nəticəsində yaranan stresslə üzləşir ki, bu da bədəni şişlərə qarşı daha həssas edir.
Beləliklə, diaqnozdan beş il sonra, tədqiqatçıların müəyyən etdiyi kimi, evli kişilərin 89% -i hələ də sağ idi.
Aygün Musayeva