Süd butulkalarındakı təhlükə - Analar, DİQQƏT!

  • 2020.10.21 15:53
  • 1386 Baxış
Süd butulkalarındakı təhlükə  -  Analar, DİQQƏT!


“United Press International”ın xəbərinə görə, İralandiyada "Trinity College Dublin"də işləyən mütəxəssis Liwen Şiao 10 süd butulkası üzərində araşdırma aparıb.

Medicina.az xəbər verir ki, nəticələri "Nature" jurnalında yayımlanan araşdırmada 7 butulkada smes hazırlayarkən istinin təsirindən mikroplastik parçaların ortaya çıxdığı sübut edildi.

Bildirilir ki, butulkanın içərisindəki maye nə qədər isti olarsa, mikroplastik parçalar da o qədər çox artar. Həmçinin, uşaqlar gündə təxminən 1.6 milyon miktoplastik parçalara məruz qalır.

Viyana Tibb Universitetindən Philipp Schwabl isə "Təsbit edilən mikroplastik parçaların sayı çox yüksəkdir. Bu sayın aşağı endirilməsi, uşaqlara və ya ümumi olaraq sağlamlığa təsiri barədə hələki məlumatımız yoxdur”, - deyə əlavə edib.