Süd verən analar da peyvənd edilməlidir - ÜST

  • 2021.07.20 11:44
  • 1191 Baxış
Süd verən analar da peyvənd edilməlidir -  ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı körpəsinə süd verən anaların da koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, təşkilatın İmmunlaşdıma üzrə strateji məsləhət qrupunun Cenevrədə keçirilən iclasda bu qərar gəlinib.

Bildirilib ki, anaları peyvənd olunan körpələr heç bir risk altında olmayacaq: “Bir sıra qısamüddətli tədqiqatlar göstərir ki, süd verən analar peyvənd olunduqdan sonra onların körpələri üçün heç bir risk olmayacaq”.

ÜST-ün İmmunlaşdırma Qrupu, həmçinin, bəyan edib ki, xəstəliyi olan uşaqlar cəmiyyətdə virusun yayılma səviyyəsi yüksək olduqda, peyvənd olunanların siyahısan daxil edilməlidirlər.