Sultanlar səfərə çıxanda bu ədviyyatı yanlarında daşıyırdılar – Möcüzəvi təsirləri var

  • 2024.05.01 11:00
  • 753 Baxış
Sultanlar səfərə çıxanda bu ədviyyatı yanlarında daşıyırdılar –  Möcüzəvi təsirləri var
Ləzzətli olmağı ilə yanaşı faydaları ilə də seçilən ədviyyatlardan biri sumaqdır.

Medicina.az xəbər verir ki, Prof. Dr. Canan Karatay bu ədviyyatın möcüzəvi təsirlərindən danışıb.

Onun sözlərinə görə, sumağın faydaları arasında qaraciyərə təsiri ilk sırada gəlir.

“Osmanlı sultanları hər naharda ondan istifadə edirdilər. Hətta səfərə çıxanda da özləri ilə sumaq aparırdılar. Sumaq orqanizmi təmizlədiyi üçün insanlar onun dərman olduğuna inanaraq əsrlər boyu istehlak ediblər. "Sultan ədviyyatı" hesab edilən sumaq sağlamlıq üçün son dərəcə əhəmiyyətlidir”, - deyə Canan Karatay bildirib.
O, sumağın faydalarını aşağıdakı kimi sıralayıb:

- Sumaq güclü toksin təmizləyicisi kimi seçilir.

- Qaraciyər funksiyalarına böyük fayda verir. Qaraciyəri təmizləyir.

- Sumaq immun sisteminə müsbət təsir edir.

- Bədən hüceyrələrini yeniləyir.

- Orqanizmdə oksidləşdirici stressi azaltmağın ən yaxşı yollarından biri sumaqdan istifadə etməkdir.

Prof. Dr. Canan Karatay sumaq çayının hazırlanmasını da izah edib. Onun sözlərinə görə, sumaq çayının müntəzəm istehlakı qaraciyərdə yığılan bütün toksinlərin təmizlənməsinə kömək edir.

Stəkana bir çay qaşığı sumaq əlavə edin. Üzərinə qaynar su əlavə edib dəmləyin. 5 dəqiqə gözlədikdən sonra sumaqlı çayınız hazır olacaq. İstəsəniz, çaya 1 və ya 2 damcı kəklikotu yağı əlavə edərək çayınızın qida dəyərini zənginləşdirə bilərsiniz.

Sumaq çox güclü toksin təmizləyici olduğundan hamilə qadınların ondan istifadə etməməsi tövsiyə olunur.

Bundan əlavə, həftədə 3-4 dəfədən çox olmayaraq istehlak edilməlidir.

Bu çayı istehlak edərkən çox diqqətli olun, sumaq çayının həddindən artıq istehlakı mədə yanması və ya reflü kimi narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.


Aysel