Sumqayıtda ana altı aylıq körpəsindən imtina etdi

  • 2021.07.24 17:16
  • 1989 Baxış
Sumqayıtda ana altı aylıq körpəsindən imtina etdi

Sumqayıtda anası tərəfindən atılan altı aylıq körpənin vəziyyəti açıqlanıb.

Sumqayıt şəhər Uşaq Xəstəxanasından Oxu.Az-a bildirilib ki, altı aylıq körpə babasının Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının çağırışı əsasında xəstəxanaya gətirilib:

“Uşaqda heç bir xəstəlik aşkar edilməyib. Tam sağlam uşaqdır, sadəcə qulluğa ehtiyac var. Hazırda körpə Sumqayıt şəhər Uşaq xəstəxanasında həkim nəzarətindədir, qulluq edilir” - deyə həkimlər bildirib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini altı aylıq oğlundan imtina edərək körpəni ata və anasının yaşadığı ünvana qoyaraq gedib.