Sumqayıtda toyda koronavirus xəstəsi - Aşkarlandı

  • 18 Okt 2021 18:34
  • 742 Baxış
Sumqayıtda toyda koronavirus xəstəsi   - Aşkarlandı

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.