Ağciyər xərçəngi simptomları xəstəlik irəliləməyə başlayanda digər orqanlarda özünü göstərir.
Medicina.az xəbər verir ki, onkoloq Ruslan Basanov ağciyər xərçənginin irəlilədikcə nəzərə çarpan əlamətlərini sadalayıb. Bu simptomlar arasında həkim sümük ağrısı və baş ağrılarını da qeyd edib:
"Erkən mərhələlərdə ağciyər xərçəngi asimptomatikdir, lakin xəstəlik irəlilədikcə insanlar simptomları hiss edirlər".
Bu əlamətə diqqət:
Qanlı öskürək
Nəfəs darlığı
Səs xırıltıs
Sinə ağrısı
Çəki itkisi
Sümük ağrısı
Baş ağrıları
Siqaret çəkmək ən təhlükəlilərindən biridir.
"Siqareti tərgitmək ağciyər xərçəngi riskini tamamilə azaldır. Statistikaya görə, ağciyər xərçəngi olan kişilərin təxminən 80%-i və qadınların 50%-i xəstəliklərinin səbəbi siqaretdir", - deyə Ruslan Basanov bildirib.
Həkim həmçinin alkoqoldan sui-istifadə, fiziki hərəkətsizlik və balanssız qidalanmanı ağciyər xərçənginin inkişafına səbəb olan amillər kimi qeyd edib.
Aygün M