Ağdərədə mikroavtobusun dərəyə aşması zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Medicina.az-a bildirilib ki, iyulun 7-də saat 21:40-da Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan altı nəfər (kişi) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Pasiyentlərdən iki nəfər Mingəçevir şəhərində, bir nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Bir nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Hazırda iki pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.