Sürətli kökəlirdi, 42 kq şiş çıxarıldı

  • 2023.04.07 18:19
  • 2104 Baxış
Sürətli kökəlirdi, 42 kq şiş çıxarıldı
İtaliyanın Milan şəhərində qadının yumurtalığından 42 kiloqramlıq şiş çıxarılıb.

"Medicina" CNNTürk-ə istinadən məlumat verir ki, 49 yaşlı Rachele adlı qadın sürətlə kökəlməsindən şübhələnilərək xəstəxanaya müraciət edib. Onun yumurtalığından 42 kiloqramlıq şiş çıxarılıb.

Belə ki, qısa müddətdə 78 kiloqramdan 120 kiloqrama kimi çəkisi artan qadına yumurtalıq şişi diaqnozu qoyulub.

O , diaqnoz qoyulduqdan sonra təcili əməliyyata alınıb. Əməliyyat təxminən 4 saat davam edib. Qadının sağ yumurtalıqdakı nəzarətsiz böyüyən şiş götürüldükdən sonra qadın əvvəlki çəkisinə qayıdıb.

Həkimlər bildiriblər ki, şişlərin nəzarətsiz böyüməsi çox nadir haldır.

Əfsanə