Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şüşədən diş plombları gəlir

  • 2025.07.19 17:15
  • 153 Baxış
Şüşədən diş plombları gəlir


Plombun icad olunmasından 30 il keçib, amma bu metodda inqilabi kəşf hələ yoxdur. Plombların rəngi, müddəti və keyfiyyəti çox xəstələri qane etmir.

“Medicina” xəbər verir ki, Oreqon Dövlət Universitetinin stomatologiyada əsl inqilaba çevrilə biləcək material yaradıb.


Söhbət bioaktiv şüşədən gedir, dişlərdəki boşluqları daha uzunmüddətli və daha effektiv doldura bilən şüşə plomblar. O, zahirən çınqıl kimi şüşəyə bənzəyir, silisium oksid, kalsium oksid və fosfor oksidindən hazırlanır. Qeyd etmək lazımdır ki, bu maddələr sümüklərin müalicəsində istifadə olunur.

Alimlərin fikrincə, diş plombunun tərkibindəki bioaktiv şüşə bakteriyaların yayılmasına imkan verməyəcək və bu səbəbdən plomblar uzun ömürlü olacaq.

Çıxarılan azı dişləri üzərində aparılan təcrübələr zamanı elm adamları bu metodu sınaqdan keçirmiş və onun güclü antibakterial xüsusiyyətlərə malik olduğuna əmin olmuşlar.

Ümumilikdə yeni material hesabına bakteriyanın nüfuz səviyyəsi 61% azalıb.

Aygün Musayeva