Suya "perekis" qatıb içmək faydalıdırmı?

  • 2021.10.05 15:11
  • 7774 Baxış
Suya "perekis" qatıb içmək faydalıdırmı?

Rusiyalı müğənni Maşa Rasputina gənc qalmaq üçün acqarına hidrogen peroksid əlavə edərək altı stəkan isti su içməyi məsləhət görüb.

Medicina.az xəbər verir ki, tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov isə bu üsulun sağlamlıq üçün təhlükəli olduğunu deyib.

“Müəyyən bir konsentrasiyada bir qurtum hidrogen peroksid içsəniz, problemlər ola bilər. Əslində bu, axmaqlıqdır”, - həkim xəbərdarlıq edib.

Myasnikovun fikrincə, internetdəki məsləhətlərin çoxu faydasız və təhlükəlidir. Gənc qalmağın ən yaxşı yolu idman etmək, pis vərdişlərdən imtina etmək və balanslı pəhrizdir.