Tanınmış həkim Rinoplastik cərrah,
LOR həkim Məzahir Quliyev dünyada ilkə imza atıb.
Medicina.az xəbər verir ki, həkimin məqaləsi dünyanın ən nüfuzlu elmi jurnalında dərc olunub:
"Burun arakəsməsinin ciddi əyriliyi olan uşaqlarda təklif etdiyimiz yeni metodika qəbul olundu və artıq yayımlandı.
"Aesthetic Septoplasty in Children with External Nasal Deformity: An Endonasal Modified Dorsum-Preserving Extracorporeal Septoplasty Technique” adlı məqaləmiz dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan "Aesthetic Plastic Surgery" jurnalında dərc olundu.
Bu, uşaqlarda burun arakəsməsinin ciddi əyriliklərində QORUYUCU EKSTRAKORPOREAL SEPTOPLASTİKA texnikası ilə ESTETİK SEPTOPLASTİKA əməliyyatının elmi əsaslarla təsdiqlənməsi deməkdir.
Bu yolda əməyi keçən hər kəsə çox təşəkkür edirəm.
Bu nailiyyət — Azərbaycan tibb elminə, əməliyyat mədəniyyətinə və gələcək nəsillərə həsr olunur".
Aygün
Medicina.az