Tanınmış nevroloq üçün özəl gün - FOTOLAR

  • 2019.11.10 20:23
  • 6798 Baxış
Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR

Bu gün tanınmış nevroloq Sevinc Heydərovanın doğum günüdür. Medicina.az xəbər verir ki, o, son dövrlərin məşhur müalicə metodu "Kök Hüceyrə Müalicə”-si ilə məşğuldur.  Bu müalicə ilə oynaq, onurğa xəstəlikləri, cavanlaşma prosedurları, yanıq izi, çapıqların müalicəsi aparılır.




Hal-hazırda Özünün rəhbərlik etdiyi RegenStem Center, Regenerativ tibb& Kök hüceyrə Mərkəzində fəaliyyət göstərir. Eyni zamanda İstanbulda Regen.İC Mərkəzində də çalışır. Avropa nevroloji cəmiyyətinin, Beynəlxalq başağrı cəmiyyətinin, Beynəlxalq Epilepsiya Əleyhinə liqanın, Avropa İnsult Təşkilatının fəal üzvüdür.




 - Azərbaycanda ilk dəfə İnsult Mərkəzi və onun təşkili, kəskin işemik insultun müalicəsində trombolizisin tətbiqini edən, bu üzrə maarifləndirmə işləri görən həkimdir.




 - Azərbaycanda  Proloterapiya llə məşğul olan və bu müalicəni tanıdan, öyrədən ilk həkimdir.




 - Ölkəmizdə  Miqren botoksu ilə məşğul olan və bu üzrə klinik elmi təcrübəsi olan ilk həkimdir  və avropada elmi jurnallarda  məqalələri dərc olunmuşdur.




 - Avropa üzrə keçirilən konfranslarda təşkilatçı komitə üzvüdür, məruzəçidir. 




Təhsil




 - Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirib.2003-2009




 - İnternatura  Kliniki Tibbi Mərkəzdə 2010




 - İstanbul Universiteti Cərrahpaşa Xəstəxanası Nevroloji Bölüm, 2012




 - İstanbul Universiteti Cerrahpaşa Xəstəxanasında Epilepsiya və EEG 2013




 - Almaniya, Evangelical Hospital , Nevroloji şöbədə prof. Zaza Katsaravanin tələbəsi olub. 2015




 - Danimarka, Glostrup Hospital, Avropanın ən məşhur başağrı mərkəzi "Danish Headache Center" Prof. Məsud Aşinanın tələbəsi olmuşdur. 2016

Kurslar




 - "The Third Regional Caucasian Summer School On Clinical Epileptology" seminarında iştirak edib vəsertifikat alıb. 2011




 - Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutinda Nevralogiya kursunu müvəffəqiyyətlə keçib. 2012




 - İstanbul Universiteti Cerrahpaşa Xəstəxanasında Epilepsiya və EEG üzrə ixtisas artırıb.2013




 - European Academy of Neurology " Regional Teaching Course", 01.04.-30.04.15 tarixlərində Almaniya, Evangelical Hospital , Nevroloji şöbədə prof. Zaza Katsaravanin rəhbərliyi ilə insult , onun müalicəsi və (trombolizis) və profilaktikası, insult mərkəzinin təşkili,başağrıları və onların müalicəsi, miqrenin müalicəsində botoks inyeksiyası və digər nevroloji xəstəliklərin müayinə və müalicəsi biliklərinə yiyələnib. 2014




 - Valensiya,İspaniyada İHS təkşil etdiyi başağrı seminarında iştirak etmiş, sertifikata layiq görülmüşdür. 2015




 - İHS dəstəyi ilə N.Tusi klinikasında "Başağrı Seminarı" və " İnsult Mərkəzinin Təşkili Seminarı" nın təşkilini müvəfəqiyyətlə edib.2015




 - " İstanbul Proloterapiya və Ağrı Mərkəzi" , İstanbul, Türkiyə 2015




 - "Acil Kurs" keçib. 2015




 - "European Academy of Neurology Congress, Kopenhagen" də iştirak edib. 2016




 - "Teaching courses"Kəskin işemik insultun müalicəsi; İnsultdan sonra həyat;Başağrıları; Əzələ sindromları




 - Prof. Məsud Aşinanın rəhbərliyi ilə  Glostrup Hospital və Danish Headache Center 2016




 - "İnternational Conference on CNS and Therapeutics 2016" nın  təşkilatçı komitə üzvi və konfrans yönəticisi olub və  məruzəçi




 - Botulinoterapiya kursu 2016




 - Tibbi xidmətlərin marketinq psixologiyası 2017




Medicina.az kollektivi Sevinc xanımı təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər arzulayır!


 


 

 


 




Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR
Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR
Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR
Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR
Tanınmış nevroloq üçün özəl gün -  FOTOLAR