Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tanınmış teleaparıcıdan TƏBİB-ə etiraz

  • 2020.11.23 12:12
  • 2705 Baxış
Tanınmış teleaparıcıdan TƏBİB-ə etiraz

Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova TƏBİB-in COVID-19-la bağlı verdiyi qərarlara etiraz edib.

"BakuPost" xəbər verir ki, aparıcı bu barədə "Facebook" hesabında yazıb.

O qeyd edib ki, "açıq havada maska taxmaq" kimi qərarların nəticəsi COVID-19-dan qat-qat ağır olacaq:

"Əziz (o qədər də yox), TƏBİB!


Ətrafımda doğrudan da çox adam xəstələndi, qohum, qonşu, dost, tanış... Düzdü, sizin yazda proqnoz etdiyiniz kimi ölən yoxdu, hələki, şükür. Hamısı (hətta ağır risk qrupunda olanlar) hər yaz-payız keçirdikləri virus xəstəlikləri kimi bir-iki gün zırıldayıb top kimi oldular. Yəni, deməyim odur ki, bəli, naxoşlayan doğrudan da çoxdu. Ona görə, mən sizi başa düşürəm.

Mən başa düşürəm ki, verdiyiniz qərarların 99.9% müəllifi özünüz deyilsiz. Dünyada baş verənlərə nəzər yetirəndə görürsən ki, siz əsasən elə "copy-paste" edirsiz. Mən başa düşürəm ki, bizim çoxlu sayda cavabsız qalan suallarımızdan fikri yayındırmaq üçün siz ən gözəl vasitəsiz. Mən başa düşürəm ki, minlərlə səhhətində müəyyən problemləri olan insanlar üçün sizin "açıq havada maska taxmaq" kimi qərarlarınızın nəticəsinin COVID-dən qat-qat ağır olacağı vecinizə deyil. Mən başa düşürəm ki, metronu bağlamaq və əvəzində insanları onsuz da sayı çox olmayan avtobuslarda kamasutranın məlum və naməlum pozalarında gedib gəlmələri üçün siz çox baş sındırmısız. İnanın, biz bunu görürük və hiss edirik. Hətta, dediyim kimi, sizi başa düşməyə çalışırıq.

Şəxsən mən nə desəz etməyə razıyam, istəyirsiz yatanda da maska ilə yatım, spirti əlimə yox damarıma vurum, nə deyirsiz edim... Bircə "evdə qal", "biz sizə görə zırt pırt, siz bizə görə xiyar pomidor" kimi düşük "hashtag"lar və öz aləminizdə kreativ sloqanlarınızı bizdən uzaq tutun.
Papa canı, beynim çönür!
Xəstələnməyin!

Deməli, Elon Musk keçən həftə bir gündə 4 dəfə test verib. İkisi pozitiv çıxıb, ikisi neqativ. Elə belə dedim".