Tantunidən kütləvi zəhərlənmə

  • 2024.01.15 16:27
  • 603 Baxış
Tantunidən kütləvi zəhərlənmə

Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Kastamonuda Kredit və Yataqlar Təşkilatına (KYK) bağlı Hüma Hatun Qızlar Yataqxanasında qalan universitet tələbələri axşam yeməyində onlara verilən tantuni yeyib

. Bir müddət sonra ürəkbulanma, qusma, başgicəllənmə və ishal şikayətləri ilə müraciət edən tələbələr
səhər saatlarında təcili yardım və Tibbi Xilasetmə Qrupu (UMKE) tərəfindən xəstəxanaya aparılıb.


Kastamonu valiliyindən mövzu ilə bağlı verilən açıqlamada, "Araşdırma nəticəsində məlum olub ki, 95 tələbə qidadan zəhərlənib. 72 tələbə Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib, müalicələri davam edir. Həyati təhlükələri yoxdur.
Hadisə ilə bağlı araşdırmalar davam edir”.