Tava və qazanların dəstəyində yerləşən kiçik dəlik yalnız mətbəx əşyalarını asmaq üçün nəzərdə tutulmayıb.
Medicina.az xəbər verir ki, həmin dəlik yemək bişirərkən taxta qaşıq və ya spatulanı saxlamaq üçün də istifadə edilə bilər. Bunun üçün qaşığın dəstəyini dəliyə yerləşdirmək kifayətdir. Beləliklə, qaşığın ucu tavanın üzərində qalır və üzərindəki sous və ya digər qida qalıqları yenidən tavaya tökülür.
Bu üsul mətbəx səthinin çirklənməsinin və əlavə qab-qacaq istifadəsinin qarşısını almağa kömək edir. Bununla belə, qaşığın dəliyə uyğunluğu və konstruksiyanın sabitliyi əvvəlcədən yoxlanılmalıdır. Qaz plitəsindən istifadə zamanı isə qaşığın və tava dəstəyinin alovla təmas etməməsinə diqqət yetirilməlidir.
Xanım,
Medicina.az