Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

TƏBİB-ə yeni şöbə müdiri təyin edildi FOTO

  • 2021.01.06 20:46
  • 2281 Baxış
TƏBİB-ə yeni şöbə müdiri təyin edildi  FOTO

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yeni kadr təyinatı olub.

Medicina.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə anadan olub. S.Hüseynov daha əvvəl Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri və tərbiyə işləri üzrə prorektor olub.

O həmçinin Azərbaycan Dillər Universitetində, Qərbi Kaspi Universitetində və Təhsil Nazirliyinin teledərs layihəsində müəllimdir.