TƏBİB-dən qəzada ölən tələbələrlə bağlı məlumat

  • 2020.11.30 17:22
  • 1319 Baxış
TƏBİB-dən qəzada ölən tələbələrlə bağlı məlumat

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada ölən tələbələrlə bağlı məlumat yayıb.

Medicina.az xəbər verir ki, məlumatda deyilir:

"Bu gecə baş verən dəhşətli yol qəzasında həlak olan Azərbaycan Tibb Universitetinin 3 tələbəsi:

Sahil Mustafazadə - Əczaçılıq fakültəsinin V kurs tələbəsi,

Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi,

Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olublar.

Onlar Covid-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi. Ruhları şad olsun!"