TƏBİB rəhbərliyi növbə problemini nəzarətə götürdü - Elə həll edəcəyik ki,..

  • 2026.06.25 15:04
  • 367 Baxış
TƏBİB rəhbərliyi  növbə problemini nəzarətə götürdü  - Elə həll edəcəyik ki,..


Poliklinika və TƏBİB tabeliyindəki xəstəxanalarda qeydiyyat sistemi və növbə məsələsi TƏBİB-in yeni rəhbərliyinin xüsusi nəzarətinə götürülüb və birdəfəlik həll olunacaq.

Medicina.az xəbər verir ki, bunu mətbuat nümayəndələri ilə qeyri-formal görüşdə TƏBİB sədrinin müavinləri suallara cavab verərkən bildirib.

TƏBİB icraçı direktorunun müavinləri Bahadur Rzayev və Rəhim Hüseynov poliklinikalarda qeydiyyat sisteminin proqram
təminatının fasiləsiz işləməsi üçün yeni strategiya qurulduğunu deyib.


Eləcə də xəstəxanalarda onlayn növbə sistemi mygov.az üzərindən daha effektiv işləyir və daha operativ işləməsi üçün yeniliklər olacaq. Artıq vətəndaş bir xəstəxanada yox, tələb olunan ixtisas həkimi hansı yaxın müəssisədə varsa, ona yazıla biləcək.


TƏBİB gündəlik 95 min müraciətə xidmət edir, bu vəzifələrin icra olunması ciddi prosesdir.


“Ümumiyyətlə, əsas prinsipimiz çatışmazlıq və problemləri kökündən həll etməkdir. Bir dəfə düzəldək və bir daha olmasın” – deyə TƏBİB rəsmiləri bildirib.

Aygün Musayeva