“Təcili tibbi yardım vertolyotları alınsın” - Təklif

  • 2024.03.29 12:30
  • 618 Baxış
“Təcili tibbi yardım vertolyotları alınsın” -  Təklif
“DTX-nin 105 illiyi ilə bağlı təbriklərini çatdırıram. Milli Məclisin xüsusi iclasının çağrılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament həm də çağırışçı orqandır. Bununla bağlı qapalı iclası da keçirilə bilər”.





Medicina.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında bildirib.

“Çox yaxşı olardı ki, təcili tibbi yardım vertolyotları alınsın. Vətən müharibəsi dövründə yaralıları Badmadardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara gedirdilər. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə olsa, necə olar?! Bakıda sıxlıq çoxdur. Yaralıları təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı? Bundan əlavə, Bakı Neft Emalı zavodu şəhərdən çıxarılmalıdır. Orada hər hansı texnogen qəza olsa, paytaxt bundan çox ciddi təsirlənəcək” , - deyə deputat vurğulayıb.