Təhlükəli qan qrupu açıqlanıb

  • 2017.10.17 10:29
  • 13196 Baxış
Təhlükəli qan qrupu açıqlanıb

Alimlərin apardığı müşahidələr zamanı 495 adamda koqnitiv pozulmanın əlamətləri görünməyə başlayıb.





Medicina.az azərtac-a istinadən xəbər verir ki, tədqiqatın müəllifləri qan qruplarının hansı xəstəliklərə yoluxa biləcəyi barədə açıqlama ediblər: "Birinci qan qrupundan olan insanlarda yaddaş və demensiya problemlərini doğura bilən ürək-damar xəstəliklərinin yaranma riski aşağıdır”.

 

Dördüncü qan qrupundan olan adamlarda, əksinə, demensiya riski yüksəkdir. Bu qan qrupundan olan insanların 82 faizi yaddaş və təfəkkür probleminə meyillidirlər. Dördüncü qan qrupundan olanlarda qanın laxtalanmasını sürətləndirən zülal çoxdur. Həkimlərin dilində bu, VIII qan laxtalanma faktorunun yüksəlməsidir. Bu halda qanda tromb yaranır, damarlarda qanın hərəkəti pisləşir. Qan dövranının pozulması həm də koqnitiv və intellekt pozulmasının yaranması ilə sıx bağlıdır.