Təhlükəli viruslardan biri tamamilə məhv edildi

  • 2024.03.15 11:00
  • 396 Baxış
Təhlükəli viruslardan biri tamamilə  məhv edildi
Epidemioloqların ciddi təhlükə hesab etdiyi virus tamamilə məhv edilib.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, 2020-ci ilə qədər kifayət qədər aktiv olan qripin “B” ştamının “Yamagata” nəsli tədricən yoxa çıxıb. Virusun məhv olmasının səbəbi isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqidir.

“Yamaqata” məhv olduğu üçün artıq peyvəndlərə daxil edilmir.

ÜST “B” ştamının başqa bir növü olan “Viktoriya”ın da zamanla məhv olacağını ümid edir.

Aysel