Təhlükəli xəstəlikləri yaradan ən əsas səbəb

  • 2023.06.12 11:22
  • 1456 Baxış
Təhlükəli xəstəlikləri yaradan    ən əsas səbəb
Bir çox xəstəliklər bir – biri ilə sıx əlaqəlidir. Bir xəstəliyi müalicə etdirdikdə, gərək paralel olaraq digərini də müalicə etdirəsiz. Bu xəstəliklərin yaranmasına isə çox zaman yalnız bir səbəb olur: insulin dirənci.


O, müasir ölüm hallarının səbəbi olan 2-ci tip şəkərli diabet, ateroskleroz, hipertoniya və bir çox başqa xəstəliklərə səbəbdir.

“Medicina” xəbər verir ki, həkim – uroloq Aleksandr Dzidzariyanın sözlərinə görə, insulin müqaviməti zamanı bədənin hüceyrələri qan şəkərinin (qlükoza) səviyyəsini tənzimləməyə kömək edən insulinə daha az həssasdır.

“Nəticədə qan şəkərinin səviyyəsi yüksəlir və azalmış insulin həssaslığını kompensasiya etmək üçün bədən daha çox insulin istehsal edir.

İnsulin müqavimətini nəzarət altında saxlamaq üçün risk faktorlarını anlamaq vacibdir, məsələn:

Pis yemək
Artıq çəki
Fiziki fəaliyyətin olmaması
Genetik meyl.

Əsas amil müntəzəm olaraq həddindən artıq şəkər qəbuludur

Şirin içkilər
Ağ çörək,
Fast food və s.

İnsulin dirəncinin qarşısını almaq üsulları:

Sağlam həyat tərzi,
Balanslaşdırılmış pəhriz,
Daimi məşq.

İnsulin müqavimətinin inkişafının simptomları:

Daimi susuzluq, tez-tez aclıq hissi;
Hipertoniya (yüksək qan təzyiqi) + yüksək xolesterol;
Çəki artımı, xüsusilə bel ətrafının artması;
Dəridə tünd ləkələr (akantoz).


Günay Quluzadə